Under Construction

“Gürcüstan – Azərbaycan Dostluğu Nəsildən – Nəsilə”adlı sərgi

Fevralın 18-də Gürcüstanın Azərbaycandakı Səfirliyi, Yasamal rayon Heydər Əliyev Mərkəzi, Azərbaycan Rəssamlar İttifaqı ilə birgə“Gürcüstan – Azərbaycan Dostluğu Nəsildən – Nəsilə”adlı sərgi keçirildi. Tədbirdə Bakı şəhər icra hakimiyyətinin rəsmiləri, diplomatik korpusun və gürcü diasporunun nümayəndələri iştirak etdilər. Sərgidə  təsviri və tətbiqi sənətin bütün növləri üzrə 120 rəssamın 150-yə yaxın işi nümayiş olundu,  Gürcüstan və Azərbaycan arasında nəsildən-nəslə davam edən çoxəsrlik dostluq münasibətləri, hər iki ölkənin mədəniyyəti, təbiəti və adət-ənənələri əks olunmuşdur.

Sərgidə çıxış edən Gürcüstan səfiri Zurab Pataradze iki qonşu ölkə arasındakı münasibətlərdən danışdı, mədəniyyətin və incəsənətin xalqların  yaxınlaşmasına mühüm rol oynadığını qeyd etdi  və Gürcüstan səfirliyinin bu dostluğun daha da dərinləşməsinə öz böyük  töhfələrini  verdiyini bildirdi. Rəsmlərdə Gürcüstanla bağlı duyğularını və təəssüratlarını səmimi şəkildə ifadə edən azərbaycanlı sənətçilərə təşəkkür etdi.

Tədbirin sonunda Gürcüstan səfiri Zurab Pataradze, sərgidə təqdim olunan əsərlərin müəlliflərinə diplomları təqdim etdi.