Under Construction

Azərbaycan Respublikasının iqtisadiyyat nazirinin Gürcüstana səfəri

Fevralın 10-da Azərbaycan Respublikasının iqtisadiyyat naziri Mikayıl  Cəbbarov  Gürcüstana rəsmi səfər etmişdir.  Səfər çərçivəsində Mikayıl  Cəbbarov  Gürcüstanın  baş naziri Giorgi Qaxaria və iqtisadiyyat və davamlı inkişaf naziri Natia Turnava ilə görüşlər keçirdi.

Görüşlərdə iki ölkə arasında strateji tərəfdaşlığın əsas sahələri, ticarət-iqtisadi əlaqələr, habelə enerji, nəqliyyat və logistika, investisiya, turizm və digər prioritet sahələr müzakirə edildi. Tərəflər, həmçinin enerji dəhlizlərinin inkişafı sahəsində əməkdaşlığın dərinləşdirilməsi perspektivlərini müzakirə etdilər.Tərəflər Baş nazirlərin sədrliyi ilə keçiriləcək Gürcüstan-Azərbaycan Birgə Hökumətlərarası Komissiyasının növbəti iclasının vacibliyini vurğuladılar.