Under Construction

Səfir Zurab Pataradzenin Naxçıvan MR Nümayəndəliyində görüşü

Fevralın 3-də Gürcüstan səfiri Zurab Pataradze  Bakı şəhərində Naxçıvan Muxtar Respublikasının Daimi Nümayəndəliyinin rəhbəri Bəxtiyar Əsgərov  ilə görüş keçirdi.

Görüşdə  Gürcüstan-Azərbaycan əməkdaşlığı, həmçinin iki qonşu ölkə arasında ticarət-iqtisadi, turizm və mədəni-humanitar sahələrdə əlaqələrin inkişaf perspektivləri müzakirə olundu.

Zurab Pataradze 24-25 sentyabr 2019-cu il tarixlərində Naxçıvan MR-na işgüzar səfərini məmnunluqla xatırladı. Naxçıvan MR-na səfəri  çərçivəsində Naxçıvan M / R Ali Şurasının Sədri Vasif Talıbovla,  Naxçıvan  şəhəri icra hakimiyyətinin başcısı,  İqtisadiyyat Naziri və Turizm İdarəsinin rəhbəri ilə səmərəli görüşlər keçirilmişdir. Görüşdə  tərəflər Gürcüstan və Azərbaycanda, xüsusən qardaşlaşmış  regionlarda - Acarıstan və Naxçıvanda  "ticarət evləri" nin açılması məsələsini də müzakirə etdilər.